Bәşәr Әsәd rejimi mülki yaşayış mәntәqәlәrinә hücum edib

İdlibin cәnub-qәrbindәki Kefrenbil bölgәsindә yerlәşәn Bәşәr Әsәd ordusu ilә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmalarından ibarәt rejim qüvvәlәri  İdlibin cәnubundakı Bizebur kәndinә ağır zәrbәlәr endirib.

1595933
Bәşәr Әsәd rejimi mülki yaşayış mәntәqәlәrinә hücum edib

Bәşәr Әsәd rejimi vә  İranın dәstәklәdiyi terror qruplaşmalarının İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindә tәmin olunan  atәşkәs rejimini pozaraq mülki-yaşayış mәntәqәlәrinә ağır zәrbәlәr endirib, nәticәdә 2 mülki vәtәndaş hәlak olub, 2 nәfәr dә yaralanıb.

İdlibin cәnub-qәrbindәki Kefrenbil bölgәsindә yerlәşәn Bәşәr Әsәd ordusu ilә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmalarından ibarәt rejim qüvvәlәri  İdlibin cәnubundakı Bizebur kәndinә ağır zәrbәlәr endirib.

Hücumlar nәticәsindә iki mülki vәtәndaş hәlak olub, 2-si dә xәsarәt alıb. Xәsarәt alanlar әtrafdakı xәstәxanalara yerlәşdirilib.

Xatırladaq ki, Türkiyә ilә Rusiya arasında martın 5-dә Moskvada atәşkәsә dair müqavilә әldә olunmuşdu.

Rejim qüvvәlәrinin vaxtaşırı olan pozuntularına baxmayaraq atәşkәsә riayәt olunur.



Әlaqәli Xәbәrlәr