Nanqarharda gips zavoduna hücum, 7 nəfər ölüb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində gips zavoduna silahlı hücum təşkil edilib.

1595063
Nanqarharda gips zavoduna hücum, 7 nəfər ölüb

Nanqarhar Polis İdarəsinin rəisi Cümə Gül Himmət hücumun Nanqarharın Surhrod qəsəbəsində törədildiyini, hadisə nəticəsində 7 işçinin həyatını itirdiyini bildirib.

Nanqarhar şəhər şurası rəhbəri Nilüfer Əziz fabrikə təşkil edilən hücum nəticəsində həyatını itirən işçilərin “Hazara şiələrindən” olduqlarını və bunun terror təşkilatları tərəfindən törədildiyini qeyd edib.

Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr