Yunanıstanda 5,9 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Larissa şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

1594328
Yunanıstanda 5,9 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Larissa şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

Afina Yer Elmləri İnstitutu zəlzələnin şəhər mərkəzindən 24 kilometr şimal-qərbdə yerdən 15 kilometr dərinlikdə baş verdiyini bildirib.

Əsas zəlzələdən 3 dəqiqə sonra 4,4 bal gücündə yeraltı təkan qeydə alınıb.

Paytaxt Afinada da hiss olunan 5,9 bal gücündəki zəlzələdə xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Digər tərəfdən,  Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələnin 6,2 bal gücündə olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr