Ermənistanda etirazçılar hökumət binasına soxulublar

Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.

1592775
Ermənistanda etirazçılar hökumət binasına soxulublar

Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.

“RİA Novosti”nin məlumatına görə, etirazçılar baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.

Digər tərəfdən, Ermənistan baş naziri ordunun ona yönəldilmiş istefa çağırışından sonra "ölkənin demokratik və konstitusiya sistemini müdafiə etmək üçün" mitinqə çağırıb. 

Fevralın 28-də "Facebook" üzərindən apardığı canlı yayımda çıxış edən baş nazir bu gün üçün çağırış edərək, "Mitinq və yürüşün məqsədi Ermənistandakı demokratik konstitusiya sistemi və xalqın gücünü müdafiə etməkdir. Çünki ölkəmizdə güc xalqa aiddir" ifadələrini işlədib. 

Paşinyan tərəfdarlarını yerli saatla 18:30-da Cümhuriyyət meydanına çağırarkən, hökumətə müxalif tərəflər isə Mareşal Bağramyan meydanında saat 18:00-da bir araya gələcək. 

Baş Nazirlikdən verilən açıqlamada isə, Paşinyanın Təhlükəsizlik Şurasını iclasa çağırdığı bildirilib. 

İclasda ölkənin daxili və xarici təhlükəsizlik problemlərinin müzakirə olunduğu açıqlanıb. 

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə təklifini yenidən Prezident Armen Sarkiyana göndərib.

Ermənistan Prezident Aparatının bəyanatında bununla bağlı bildirilib ki, Prezident Konstitusiyanın 139-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq mövqeyini qanunla müəyyən edilmiş müddətdə (üç gün ərzində) ifadə edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat yayıb.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr