Binyamin Netanyahu: “İsrailin ən təhlükəli düşməni İrandır”

İsrail Baş naziri Binyamin Netanyahu, İranı Oman Körfəzində ölkəsinə aid gəmiyə hücum ilə ittiham edib.

1592719
Binyamin Netanyahu: “İsrailin ən təhlükəli düşməni İrandır”

Baş naziri Binyamin Netanyahu Dövlət veriliş orqanı “KAN”-ya müsahibəsində bu barədə danışıb. O, heç bir dəlil gətirmədən hücumun İran tərəfindən reallaşdırıldığını irəli sürüb və bu ölkənin İsrailin ən böyük düşməni olduğunu qeyd edib.

Rəsmi Tehran isə İsrailin hücum ilə əlaqəli iddialarının məsnədsiz olduğunu, belə iddiaları ancaq Netanyahu kimi pisixi xəstənin irəli sürəbiləcəyini bildirib.

Qeyd edək ki, İsrailin MV Helios Ray yük gəmisində cümə günü Oman Körfəzində partlayış baş verib.



Әlaqәli Xәbәrlәr