ABŞ-ın yeni rəhbərliyi Taliban ilə danışıqlara başlayır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstan və Qətərə gedəcək.

1592534
ABŞ-ın yeni rəhbərliyi Taliban ilə danışıqlara başlayır

Xəlilzad Əfqanıstana səfəri çərçivəsində başda bu ölkənin rəsmiləri olmaqla Taliban nümayəndələr ilə görüşəcək.

ABŞ dövlət departamentinin mövzu ilə əlaqəli açıqlamasında xüsusi Nümayəndənin daimi atəşkəs və hərtərəfli sülhün bərpası üçün Əfqan liderlər, Taliban təmsilçilər və digər əlaqədar ölkələrlə danışıqlara davam edəcəyinə diqqət çəkilib. Zalmay Xəlilzad və onu müşayiət ədəcək nümayəndə heyətinin edəcəyi səfərlərin tarixinə dair məlumat verilməyib.

Xatırladaq ki. 29 Fevral 2020-ci ildə Qətərin paytaxtı Dohada ABŞ ilə Taliban arasında “Əfqanıstanda sülhün bərpası” razılaşması imzalanıb.



Әlaqәli Xәbәrlәr