Gürcüstan hökuməti müxalifətin təzyiqi ilə istefa verdi

Gürcüstan hökuməti fevralın 18-də tam tərkibdə istefa verib

1586032
Gürcüstan hökuməti müxalifətin təzyiqi ilə istefa verdi

 

  Gürcüstan hökuməti fevralın 18-də tam tərkibdə istefa verib. Buna səbəb baş nazir Giorgi Qaxariyanın istefası ilə onun səlahiyyətlərinin dayandırılmasıdır. Amma hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

   Gürcüstan konstitusiyasına görə, iqtidardakı Gurcu Arzu Partiyası bir həftə içində yeni baş nazir namizədi və yeni kabinet siyahısını ölkə başçısı Salome Zurabişviliyə təqdim etməlidir. Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi Nazirlər Kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.

  Qaxariya paytaxt Tiflisdə jurnalistlərə etdiyi şərhdə bildirib ki, ölkədəki ana müxalifət partiyası - Birləşmiş Milli Hərəkatın sədri Nika Meliyanı həbs qərarıyla bağlı fikir ayrılıqlarına görə vəzifəsindən istefa verib.

  Meliyanın həbs qərarını tənqid edən sabiq nazir ölkədə hal-hazırda siyasi gərginliklərin yaşandığını və sözügedən qərarın gərginliyi daha da artırdığını söyləyib.

  Xatırladaq ki, Tiflis Şəhər Məhkəməsinin 17 fevralda Meliya ilə bağlı verdiyi həbs qərarına müxalifət partiyaları əks reaksiya göstərib. Meliya onu dəstəkləmək üçün partiyasının mərkəzi ofisinə gələn müxtəlif müxalifət partiyalarının sədrləri ilə təşkil etdiyi ortaq mətbuat konfransında məhkəmə qərarını qəbul etmədiyini və polisə təslim olmayacağını deyib.

  Gürcüstanda 20 iyun 2019-cu ildə 26-cı Ortodoks Parlamentlərarası Baş Asambleyası iclasında Rusiya heyətindən Rusiya Kommunist Partiyasının üzvü və Rusiya Dövlət Dumasının millət vəkili Sergey Qavrilovun parlament sədri yerində oturması minlərlə adamın etirazına səbəb olmuşdu. Etirazçıların üsyanına səbəb olduğu əsas götürülərək nəzarətə alınan, sonra zaminlə azad edilən Meliya üçün pul ödənməyincə yenidən nəzarət qərarı alınıb. Gürcüstan Baş Prokurorluğunun tələbi ilə fevralın 17-də təşkil edilən fövqəladə parlament iclasında əksəriyyətə sahib iqtidardakı Gurçu Arzu Partiyası Meliyanın mantadının alınması üçün səs verib. Tiflis Şəhər Məhkəməsi də Meliya haqqında nəzarət qərarı alıb, ancaq Birləşmiş Milli Hərəkat sədri polisə təslim olmayıb.

  Bu arada, Gürcüstan Daxili İşlər Nazirliyi Giorgi Qaxariyanın istefasından sonra artıq Meliyanın həbs qərarının müvəqqəti təxirə salındığını bildirib.



Әlaqәli Xәbәrlәr