İran Yaponiya və Avropa İttifaqını ABŞ-a elçi salır

“Kyodo” agentliyinə verdiyi müsahibədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib...

1584494
İran Yaponiya və Avropa İttifaqını ABŞ-a elçi salır

 

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yaponiya və Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarının sanksiyalarıyla bağlı ABŞ prezidenti Co Baydeni (Joe Biden) razı salacaqlarını gözlədiklərini bildirib.

  “Kyodo” agentliyinə verdiyi müsahibədə İrana qarşı ABŞ-ın sanksiyalarına qarşı Yaponiyanın vasitəçiliyi və Yaponiya banklarında İran sərmayələri ilə bağlı danışan M.Zərif deyib: “Sabiq ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən İrana qarşı qüvvəyə minən iqtisadi sanksiyaların qaldırılması üçün Yaponiya və Avropa İttifaqının ABŞ-ın yeni rəhbərliyini razı salacaqlarını gözləyirik.

  Yaponiya İranın köhnə dostu və ABŞ-la yaxşı əlaqələrə malik bir ölkədir. Xüsusilə beynəlxalq hüquq sahəsində Yaponiyadan dostcasına hərəkət edəcəyi ümidindəyik.

  ABŞ-ın tətbiq etdiyi sanksiyalar qeyri-qanunidir. Bununla beynəlxalq hüquq pozulub. Yaponiyanın boynuna götürəcəyi rol qeyri-qanuni qərarların tətbiq olunmamasını təmin etməkdir.”

  İranın xarici işlər naziri 2020-ci ilin sentyabrında vəzifəyə gələn baş nazir Suqa Yoşihide hökumətinə ABŞ-ın sanksiyaları üzündən Yaponiya banklarında dondurulmuş İran sərmayə və varlıqlarına məhdudlaşdırmaları yüngülləşdirməsilə bağlı müraciət edib.

  Qeyd edək ki, sanksiyalarla əlaqədar təxminən 10 milyard dollara yaxın İran sərmayə və varlıqları Yaponiya və Cənubi Koreya banklarında dondurulub.



Әlaqәli Xәbәrlәr