"Brüssel ikitərəfli əlaqələrin karkasını qəsdən pozdu", S.Lavrov

Rusiya və Avropa İttifaqı münasibətlərinin pozulduğuna diqqət çəkən Lavrov deyib...

1584084
"Brüssel ikitərəfli əlaqələrin karkasını qəsdən pozdu", S.Lavrov

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa İttifaqından (Aİ) uzaqlaşmadığını bildirərək "Brüssel ikitərəfli əlaqələrin karkasını qəsdən pozdu" dedi.

  Rusiya və Finlandiya xarici işlər nazirlərinin Sankt-Peterburq şəhərində görüşündən sonra ortaq mətbuat konfransı təşkil edilib. Rusiya və Avropa İttifaqı münasibətlərinin pozulduğuna diqqət çəkən Lavrov deyib: “Brüssel ikitərəfli əlaqələrin karkasını qəsdən pozdu. Avropa İttifaqı ilə problemləri həll etməyə hazırıq. Bütün ssenariləri nəzərdən keçirməliyik. Əsas Avropa İttifaqıdır. O, Rusiya ilə əlaqələri yaxşılaşdırmağa qərar versə, biz də buna hazır olarıq. Biz Avropadan uzaqlaşmırıq. Avropada çox dostumuz və bənzər görüşlərə sahib ölkələr var. Onlarla qarşılıqlı mənfəət çərçivəsində əlaqələri inkişaf etdirməyə davam edəcəyik."

  Finlandiyanın xarici işlər naziri Pekka Haavista da öz növbəsində çıxış edərək Avropa İttifaqı ilə Rusiya arasındakı əlaqələrə dair "Avropa İttifaqı ilə Rusiya arasında aktiv dialoq və fikir mübadiləsini təmin edəcək həllərin tapılması çox mühümdür" deyib.



Әlaqәli Xәbәrlәr