“Julphar” əczacılıq şirkətinin bəzi dərmanlarının istifadəsi dayandırılıb

Küveyt və Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) şirkəti tərəfindən istehsal olunan bəzi dərmanların idxalını və istifadəsini dayandırdı.

1579346
“Julphar” əczacılıq şirkətinin bəzi dərmanlarının istifadəsi dayandırılıb

Oman Səhiyyə Nazirliyinin rəsmi Twitter hesabındakı açıqlamada BƏƏ əczaçılıq şirkəti "Gulf Pharmaceutical Industries (Julphar)" tərəfindən istehsal olunan bir sıra dərmanların idxalı və istifadəsinin qadağan edildiyinə dair qərarın “təsdiq edilmiş şərtlərə uyğun gəlmədiyi” səbəbiylə qəbul edildiyi bildirilib.

Nazirlik eyni zamanda istehsalçı şirkətin yerli agentliyinə çağırış edib ki, istifadəsi qadağan edilən bütün dərmanlar dövlət və özəl səhiyyə müəssisələrindən geri çağırılması üçün lazımlı addımlar dərhal atılsın.

 Küveyt Səhiyyə Nazirliyi isə “Julphar” əczaçılıq şirkətində istehsal olunan "Profinal" dərmanının "təsdiqlənmiş şərtlərə uyğun gəlmədiyini" səbəb göstərərək satışı və istifadəsinin qadağan edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr