Məhəmməd Cavad Zərif: "Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət veririk"

İranın Xarici İşlər naziri "Türkiyə ilə ölkəm arasındakı münasibətlər və regional məsələlərdəki əməkdaşlıq həyati əhəmiyyətə malikdir" deyib.

1573264
Məhəmməd Cavad Zərif: "Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət veririk"

"Türkiyə ilə ölkəm arasındakı münasibətlər və regional məsələlərdəki əməkdaşlıq həyati əhəmiyyətə malikdir".

Bunu rəsmi səfərlə Türkiyəyə gələn İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türk səlahiyyətliləri ilə keçirəcəyi görüşlərdən əvvəl İran dövlət televiziyasına verdiyi açıqlamada deyib. 

Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini ifadə edən Zərif

"Münasibətlərimiz davamlı məsləhətləşmələr tələb edir, çünki Türkiyə ilə ikitərəfli münasibətlər və regional əməkdaşlıq həyati əhəmiyyət daşıyır" deyib.

Türkiyədə tranzit keçid və Qafqaz bölgəsində davamlı sülhün yaranması da daxil olmaqla ikitərəfli və regional mövzuları müzakirə edəcəklərini bildirən Zərif "Qafqazda davamlı sülh üçün şəraitin əməkdaşlıq yolu ilə yaradılması çox vacibdir" ifadəsindən istifadə edib.

Zərif Qarabağla bağlı 6 tərəfli əməkdaşlıq platforması təklifləri barədə isə bunları söyləyib:

"Bu mexanizm əvvəllər cənab (Prezident Rəcəb Tayyib) Ərdoğan və bölgədəki digər səlahiyyətlilər tərəfindən gündəmə gətirildi. Mən də bu mövzuda danışıqlar apardım. Görüşlərin nəticələrini Türk səlahiyyətlilərlə bölüşəcəyəm, çünki bu xüsusilə tranzit sahədə əməkdaşlıq baxımından önəmli mövzudur".



Әlaqәli Xәbәrlәr