Antonio Quterreş Kıbrıs (Kipr) məsələsinin həlli üçün addım atmağa hazırlaşır

A. Quterreş Kıbrısda (Kipr) tərəflərlə zamin ölkələri mart ayında bir araya gətirmək istədiyini və bir razılaşma olarsa yeni fikirlərə açıq olduğunu söyləyib.

1573276
Antonio Quterreş Kıbrıs (Kipr) məsələsinin həlli üçün addım atmağa hazırlaşır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kıbrısda (Kipr) tərəflərlə zamin ölkələri mart ayında bir araya gətirmək istədiyini və bir razılaşma olarsa yeni fikirlərə açıq olduğunu söyləyib.

Baş katib Quterreş BMT-nin qərargahında təşkil edilən 2021-ci ilin ilk mətbuat konfransında gündəmi qiymətləndirib.

Baş katib Şimali kıbrıs Türk Cumhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatarın "Öz dövlətimizi tanımağı layiqik" ifadəsi ilə əlaqədar sualı belə cavablandırıb:

"Niyyətim mart ayının əvvəlində Kıbrısdakı iki icma və zamin ölkələr olan Türkiyə, Yunanıstan və İngiltərəni bir araya gətirməkdir. Qeyri-rəsmi bir görüş keçirməyimizə qərar verdik. Tərəflərin gələcəyi necə gördüklərini dürüst bir şəkildə müzakirə etmə imkanı var. BMT Təhlükəsizlik Şurasından danışıqlar üçün aldığım səlahiyyət var və bu metod iki icmalı,  iki tərəfli bir həll təklif edir, lakin bu durum tərəflərin mövqelərini təqdim etmələrinə mane olmur. Tərəflər müzakirələrin əhatə dairəsini genişlətmək barədə razılaşsalar, mən hər zaman Təhlükəsizlik Şurasına getməyə hazıram. İlk mərhələ tərəfləri bir araya gətirmək, onları dinləmək və müzakirələrin nəticələrinə baxmaqdır. Aldığım səlahiyyətə sabiq olmağım; hər kəsi dinləməyə, tərəfləri gələcəkləri mövzusunda əldə edəcəkləri birgə mövqeyə açıq olmadığım mənası daşımır".



Әlaqәli Xәbәrlәr