Rusiya G7 qrupuna sərt reaksiya verib

Rusiya G7 qrupuna və Avropa İttifaqını (Aİ) daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

1572689
Rusiya G7 qrupuna sərt reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyi ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiyadan ibarət G7 qrupu və Aİ Yüksək Nümayəndəsinin Kreml tənqidçisi Alexey Navalnyin həbs edilməsini pisləməsinə sərt reaksiya verib.

Nazirliyin açıqlamasında: “Rusiyanın beynəlxalq qanunları pozduğuna dair ittihamlar əsassızdır. G7 qrupu və Aİ-nın  ortaq açıqlamasını Rusiyanın daxili işlərinə kobud müdaxilə və düşmənçilik  hesab edirik”.

G7 qrupunun beynəlxalq aləmdə nüfuzunu itirdiyi ifadə edilən  açıqlamada G7 qrupu və Aİ beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çağrılıb. Müharibə metodlarının istifadəsindən imtina etmələri və  öz vətəndaşlarının problemlərinin həllinə daha çox diqqət göstərmələri məsləhət görülüb.

Xatırladaq ki, G7 qrupu v ə Aİ Yüksək Nümayəndəsi dünən Kreml tənqidçisi Aleksey Navalnynın həbs olunmasını pisləyən ortaq bir açıqlama yayıb və onun dərhal sərbəst buraxmasını tələb edib.



Әlaqәli Xәbәrlәr