M. C. Zərif: "İran Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib" deyib.

1570380
M. C. Zərif: "İran Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur"

"İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib".

Bu sözləri Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə deyib.

Nazir bildirib ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni vəziyyəti müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək. Bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunacaq.

Məhəmməd Cavad Zərif Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olub. 



Әlaqәli Xәbәrlәr