Bağdadda həyata keçirilən hücumun cinayəktarları

İraq ordusu 21 yanvarda Bağdadda 32 nəfərin ölümünə səbəb olan iki ayrı intihar hücumu təşkil edən 2 nəfərin İraq vətəndaşı olduğunu bəyan edib.

1570287
Bağdadda həyata keçirilən hücumun cinayəktarları

İraq ordusu 21 yanvarda Bağdadda 32 nəfərin ölümünə səbəb olan iki ayrı intihar hücumu təşkil edən 2 nəfərin İraq vətəndaşı olduğunu bəyan edib.

Silahlı Qüvvələr Baş Komandanlığının sözçüsü Yahya Resul dövlət televiziyasına verdiyi müsahibədə Bağdadın mərkəzi Tayaran Meydanında ikinci əl malların və paltarların satıldığı və gəlir səviyyəsi aşağı olan insanların alış-veriş etdiyi yer olan bazara edilən hücumla bağlı son məlumatları paylaşıb.

"Hücumla əlaqədar polis tərəfindən toplanan məlumatlar cinayətkarların İraqlı olduğunu göstərir" deyən Resul intihar hücumunu reallaşdıran fəallardan birinin Səudiyyə Ərəbistanından olduğu barədə fotoşəkillərin sosial mediada paylaşıldığını, ancaq bu şəxsin ölkəsindəki bir aktda üzərindəki bombanı partladaraq öldüyünü söyləyib.

Qeyd edək ki, 21 yanvar tarixində paytaxt Bağdaddakı bazar yerlərindən birində həyata keçirilən hücumda 32 nəfər ölüb və 110 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ öz üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr