İraqda DEAŞ-ın hücumu nəticəsində 12 əsgər ölüb

İraqın Səlahəddin vilayətində terror təşkilatı DEAŞ-ın Şiə Haşdi Şabi 22-ci Briqadasına hücumu nəticəsində bir komandanın da daxil olduğu 12 əsgər şəhid olub.

1569921

İraq mətbuatında yer alan xəbərlərə görə, DEAŞ terror təşkilatı Səlahəddinin şərqində Haşdi Şabinin 22-ci Briqadasına hücum edib.

Hücum nəticəsində Haşdi Şabi komandanlarından biri olan Əbu Alya Hasnavinin də daxil olduğu 12 əsgər ölüb, 15 əsgər yaralanıb.

İki gün əvvəl paytaxt Bağdaddakı bir bazar yerində təşkil edilən hücum nəticəsində 32 nəfər həyatını itirmiş, 110 nəfər yaralanmışdı.

Bu hücumun məsuliyyətini də terror təşkilatı DEAŞ öz üzərinə götürmüşdü.

Әlaqәli Xәbәrlәr