Bağdad hava limanı raket atәşinә tutulub

Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1569565
Bağdad hava limanı raket atәşinә tutulub

 

 

İraqın paytaxtı Bağdaddakı hava limanına raket  hücumu tәşkil edilib.

Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Hücumun gecә radәlәrindә hәyata keçirildiyi vurğulanıb. Hücum nәticәsindә ölәn vә ya yaralanan olmayıb.

Atılan raketlәrdәn ikisinin hava limanı yaxınlığına, üçüncüsünün isә Bağdadın qәrbindәki Әl-Cihad mәhәllәsindәki bir evә düşdüyü bildirilib.Hücum nәticәsindә evә ciddi ziyan dәyib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr