Cavad Zərif İrlandiyalı həmkarı ilə nüvə razılaşmasını müzakirə edib

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, nüvə razılaşması ilə bağlı öhdəliklərə əməl etmənin sanksiyaların ləğv edilməsindən asılı olduğunu söyləyib.

1568235
Cavad Zərif İrlandiyalı həmkarı ilə nüvə razılaşmasını müzakirə edib

İrlandiya Xarici İşlər Naziri Simon Coveney, Zəriflə video konfrans vasitəsilə görüşüb.

İranın rəsmi informasiya agentliyi “İRNA”-nın məlumatına görə, Zərif və Coveney görüş zamanı ikitərəfli münasibətləri və nüvə anlaşmasını müzakirə ediblər.

İranın nüvə müqaviləsindəki öhdəliklərinə ilk gündən sadiq qaldığını ifadə edən Zərif : “Amerika Birləşmiş Ştatları (ABŞ) təktərəfli olaraq razılaşmadan çıxdıqdan sonra Avropa İttifaqına üzv ölkələr vədlərini yerinə yetirmədilər. Bu da İranın nüvə razılaşması ilə bağlı mənfəətlərinə zərbə endirdiyi üçün müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsini ləngitdi. Ancaq mövcud vəziyyətdə İran ABŞ-ın sanksiyaları ləğv etməsi halında bütün öhdəliklərə əməl etməkdə hazırdır. Yəni bizim atacağımız addımlar sanksiyaların ləğvindən asılıdır. İran ABŞ-na nüvə anlaşmasına qayıtması halında rəsmi Tehranın da öz öhdəliklərinə əməl edəcəyini dəfələrlə səsləndirdi. ABŞ-ın yeni prezidenti isə nüvə razılaşmasına qayıtmaq üçün şərt irəli sürür, lakin hansı ölkənin öz öhdəliklərinə əməl etmədiyini və kimin razılaşmadan təktərifli ayrıldığını gözdən yayındırır. Vaşinqton İran nüvə razılaşması ilə əlaqəli öhdəliklərinə əməl edərsə lazımlı addımların atılacağına dair vəd vermişdi”-deyə Zərif vurğulayıb.

Coveney də İran və İrlandiya arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb və və Tehran səfirliyinin bir neçə il əvvəl maddi problemlər üzündən bağlandığını, indi isə yenidən açmağa çalışdıqlarını, bunun İrlandiya hakimiyyətinin İranla əlaqələrə verdiyi üstünlüyün göstəricisi olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr