İran Tramp vә bәzi yüksәk seviyyәli nümayәndәlәri sanksiya siyahısına salıb

İran hakimiyyəti ABŞ administrasiyasının bir neçə yüksək səviyyəli nümayəndəsinin adını sanksiyalar siyahısına əlavə edib.

1567447
İran Tramp vә bәzi yüksәk seviyyәli nümayәndәlәri sanksiya siyahısına salıb

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə mәlumat yayıb.

O bildirib ki, ABŞ prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo, sabiq müdafiə naziri Mark Esper, müdafiə nazirinin vəzifəsini icra edən Kristofer Miller, maliyyə naziri Stiven Mnuçin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, prezidentin Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton, ABŞ prezidentinin İran üzrə sabiq xüsusi elçisi Brayn Huk və hazırkı xüsusi elçi Elliot Abrams, ABŞ Xəzinəsinin Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea Hakiyə bu güandәn tutmuş sanksiya tәtbiq edilәnlәr siyahısına әlavә edilib.

ABŞ-ın yüksək səviyyəli rəhbərlərinin İrana və vətəndaşlarına qarşı terror fəaliyyətləri və insan haqları әleyhinә təşəbbüslərdəki rolları Sanksiya qәrarına sәbәb göstәrilib. Sözügedən şəxslərin Kasım Süleymani sui-qəsdinin əmrini verdikliklәri vә İrana qarşı terror fəaliyyətləri təşkil etdiklәri vurgulanıb.



Әlaqәli Xәbәrlәr