Homs neftayırma zavodunda partlayış baş verib

Suriyanın Homs şəhərində Əsəd rejiminin nəzarətində  olan  neft emalı zavodunda güçlü partlayış baş verib.

1567181
Homs neftayırma zavodunda partlayış baş verib

Yerli mənbələrdən   əldə  edilən məlumata görə, Homs neftayırma zavodunda xam neft daşıyan tankerlər partlayıb.  Ən azı 7 tankerin partladığı  hadisə  nəticəsində  baş verən  yanğın hələ davam edir. Qeyd  edilib ki  bölgəyə Hama və Tartus vilayətlərindən gücləndirilmiş yanğınsöndürmə maşınları  cəlb olunub.  Partlayışda insan tələfatı  və ya  yaralanan  olub  olmadığına  dair    rəsmi  məlumat yayılmayıb. 



Әlaqәli Xәbәrlәr