İranın Quru Qoşunları hərbi təlim keçirir

İran ordusunun ölkənin cənub-şərqində Oman körfəzində, Mekran sahillərində hərbi təlim keçirməyə başlayıb.

1566635
İranın Quru Qoşunları hərbi təlim keçirir

İran ordusunun ölkənin cənub-şərqində Oman körfəzində, Mekran sahillərində hərbi təlim keçirməyə başlayıb. 

İran dövlət televiziyasının məlumatına görə, təlimdə havadan eniş, xüsusi təyinatlı qüvvələr və təcili yardım qruplarından ibarət hərbi hissələr iştirak edib.

Təlimdə İran ordusunun baş komandanı general-mayor Əbdürrəhim Musəvi Quru Qoşunları komandanı general Keyumers Haydari və digər yüksək səviyyəli hərbi vəzifəlilər də iştirak ediblər.

Quru Qoşunları komandanı general Haydari təlimin əsas məqsədinin Quru Qoşunları bölmələrinin fəallıq qabiliyyəti və hücum gücünü qiymətləndirmək olduğunu söyləyib.

İran, ABŞ və İsrail ilə gərginliyin yüksək olduğu son günlərdə dəfələrlə hərbi təlimlər keçirir. 5 yanvarda Simnan vilayətində yüzlərlə insansız hava vasitəsi (İHA) hücum təlimləri keçirildi.

İran ordusu 13 yanvar tarixində Oman dənizi və Hind okeanını əhatə edən geniş ərazidə dəniz hərbi gəmiləri, sualtı qayıqları və raketləri ilə təlimlər keçirib.

Son olaraq  İran İnqilab Keşikçiləri Korpusu 15 yanvarda ölkənin mərkəzi bölgəsindəki Kevir səhrasında raketlər və PUA-lar ilə genişmiqyaslı təlim keçirmişdi. Təlimdə uzun mənzilli ballistik raketlər sınaqdan keçirilib.



Әlaqәli Xәbәrlәr