İraqda daha 7 terrorçu məhv edilib

İraqda Kərkük şəhərinin yaxınında terror təşkilatı DEAŞ-a qarşı  həyata keçirilən əməliyyat nəticəsində 7 quldur  zərərsizləşdirilib.

1562517
İraqda daha 7 terrorçu məhv edilib

Kərkükün cənubundakı Havice bölgəsi yaxınında terror təşkilatı DEAŞ_a qarşı  başladılan və  Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi Beynəlxalq Koalisiya qüvvələrinin də havadan dəstək verdiyi əməliyyatda, Şay Vadisi yaxınlığında təşkilata  məxsus 2 sığınacaq məhv edilib. 7 terrorçu öldürülüb.

Bildirilib ki, bölgədə vəzifə icra edən  İraq ordusuna mənsub birləşmələrin də qatıldıqları əməliyyat daha iki gün davam edəcək.



Әlaqәli Xәbәrlәr