Tehranda hava çirklənməsi həyəcanı

Tehranda havanın çirklənməsi bütün paytaxt sakiblərinin həyatı üçün təhlükəli həddə çatıb.

1561933
Tehranda hava çirklənməsi həyəcanı

Tehran bələdiyyəsi havanın çirklənməsi səbəbindən zəruri olmadıqca çölə çıxmamaq xəbərdarlığı edib.

Tehran Ətraf Mühitin Mühafizəsinin baş idarəsinin  bu  barədəki  açıqlamasında isə havanın çirklənməsinə görə, ürək və ağciyər xəstələrinin uzun müddət açıq havada qalmaması bildirilib.

Qeyd edək ki, şəhərin hava dövriyyəsinə uyğun olmayan fiziki quruluşu və əhalisinin çox olması ilə yanaşı, köhnə nəqliyyat vasitələri və milyonlarla motosikletin çıxardığı səsboğan qazlar Tehranda hava çirkliliyini artıran amillər arasında göstərilir.



Әlaqәli Xәbәrlәr