H. Ruhani: "Hazırlanmış "etibarlı" xarici peyvənd hökumətin prioritetləri arasındadır"

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış "etibarlı" xarici istehsal peyvəndinin ölkəyə gətirilməsinin hökumətin prioritetləri arasında olduğunu söyləyib.

1560355
H. Ruhani: "Hazırlanmış "etibarlı" xarici peyvənd hökumətin prioritetləri arasındadır"

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış "etibarlı" xarici istehsal peyvəndinin ölkəyə gətirilməsinin hökumətin prioritetləri arasında olduğunu söyləyib.

İran dövlət televiziyasının verdiyi məlumata görə, Ruhani paytaxt Tehranda keçirilən Milli Mübarizə Şurasının iclasında etdiyi çıxışında "Covid-19" peyvəndlərinin tədarükü və peyvəndləmə prosesi haqqında məlumat verib.

Ruhani yerli peyvənd namizədinin istehsalında əhəmiyyətli irəliləyiş əldə etdiklərini ifadə edərək, xaricdən peyvənd alınmasının hökumətin prioritetləri arasında olduğunu deyib. "Hökümət peyvənd istehsalı və alınması üçün bütün lazımi qaynağı təmin edəcək" deyə Ruhani vurğulayıb.

Ölkəyə xaricdən "etibarlı" peyvənd almağa və gətirməyə cəhd etdiklərini ifadə edən Ruhani bu prosesdə ABŞ-ın bank sanksiyalarından qaynaqlanan problemlərlə mübarizə apardıqlarını bildirib.

İran lideri Ayətullah Əli Xameneinin Qərb ölkələrində istehsal olunan peyvəndlərin "etibarsız" olduğu səbəbiylə ölkəyə girişinə qadağa qoymasından sonra "etibarlı" peyvəndlərə işarə edən Ruhani bunların hansı peyvəndlər olduğunu söyləməyib.

Xarici şirkətlərin İrana peyvənd göndərmə tələblərini vurğulayan Ruhani "ölkəyə daha əvvəl peyvənd gətirə bilərdik. Vaksin istehsal edən bəzi xarici şirkətlər bu peyvəndləri insanlarımız üzərində test etmək üçün bizə göndərmələrini istəmişdilər, lakin Səhiyyə Nazirliyi bu tələbə mane oldu" deyib.

Ümumdünya Səhiyyə Təşkilatı vasitəsi ilə alınan 16,8 milyon doza "Covid-19" peyvəndinin ölkvyə gətirilməsindən sonra peyvəndləmə işlərinə başlamağı planlaşdırdıqlarını bildirən Ruhani ilk mərhələdə yüksək riskli insanlar və səhiyyə işçiləri daxil olmaqla təxminən 1,3 milyon insanın peyvədlənəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr