Husilərin hücumunda 6 nəfər ölüb

İranın dəstəklədiyi Husilər Yəmənin cənubundakı Taiz əyalətində yaşayış məntəqəsinə silahlı hücum təşkil edib.

1559140
Husilərin hücumunda 6 nəfər ölüb

 

Yəmən ordusunun internet saytında əks edən açıqlamada Husilərin Taiz vilayətinin Et-Taziyə qəsəbəsindəki Əl-Himyə ərazisində yerləşən mülki yaşayış məntəqələrinə hücum təşkil etdikləri bildirilib. qeyd edilib ki, tank, zirehli texnika və artilleriyadan istifadə edilən hücum nəticəsində biri uşaq, ikisi qadın olmaqla 6 mülki şəxs həyatını itirib, 7 qadın yaralanıb.

Husilər hücuma dair hələ açıqlama verməyiblər.



Әlaqәli Xәbәrlәr