İranda saxta spirtli içki qurbanlarının sayı artır

İranın Xuzistan, Əlborz və Mazəndəran əyalətlərində saxta spirtli içkidən ölənlərin sayı 67 nəfərə çatdı.

1376467
İranda saxta spirtli içki qurbanlarının sayı artır

İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Əhvaz Cundişapur Səhiyyə Elmləri İnstitutunun sözçüsü Əli İhsanpur 6 Martdan bəri Huzistan əyalətində saxta içkidən zəhərlənənərək xəstəxanalara müraciət edənlərin sayının 502-ə çatdığını bildirib. İhsanpur qeyd edib ki, bu günə qədər Huzistanda saxta içki istehlak edənlərdən biri 15 yaşlı uşaq olmaqla 40-ı ölüb. Sözçü qeyd edib ki ölənlərin əksəriyyəti spirtli içkini Koronavirusa qarşı mübarizədə təsirli olduğuna inandıqları üçün istifadə ediblər. Lakin spirtin virusun müalicəsində təsirli olduğuna dair iddialar doğru deyildir.

Əhvaz Baş prokurorunun müavini də açıqlamasında bildirib ki, saxta içki satanlarla bağlı başladılan istintaq çərçivəsində 17 nəfər saxlanıb. Ölkə ərazilərində bir həftədə ölənlərin sayı isə 67-dir.



Әlaqәli Xәbәrlәr