Suriyanın İdlib bölgəsində rejimin atəşkəs pozuntuları

Suriyanın İdlib bölgəsində Türkiyə ilə Rusiya arasında qəbul edilən atəşkəs qərarının qüvvəyə mindiyi 6 mart saat 00:01-dən 10 dəqiqə sonra rejim tərəfindən atəşkəs pozuntuları edilməyə başlanıb.

1374500
Suriyanın İdlib bölgəsində rejimin atəşkəs pozuntuları

Suriyanın İdlib bölgəsində Türkiyə ilə Rusiya arasında qəbul edilən atəşkəs qərarının qüvvəyə mindiyi 6 mart saat 00:01-dən 10 dəqiqə sonra rejim tərəfindən atəşkəs pozuntuları edilməyə başlanıb.

Atəşkəs qərarının qüvvəyə mindiyi ilk günün axırında rejimin 15 dəfə qərarı pozub.

Pozuntu hallarının İdlibin cənubundakı Maarat Aliya, Fattıra, Kastun, Kan Safra, Ziyara, İbzumo, Sfuhın, Bara, Tukad bölgələrində artdıqda martın 8-i gecə radələrində rejim qüvvələri Həma çölündəki Gab düzlüğündəki Ziyara kəndinə də atəş edib.

Rejim topçusunun martın 8-də gecə radələrində İdlibdə Cebel Zaviyənin Shuhen, Fattire, Kefer Avid kəndlərinə etdiyi atəş isə təqribən bir saat müddətində davam edib.

Rejim qüvvələrinin martın 8-də həmçinin İdlibin cənubunda neytral bölgə statusundakı Kefrenbilin qərbində Bureyc və Maret Mukes nöqtələrinə iki tank, iki zirehli hərbi qulluqçu daşıyan və çoxlu sayda milisin olduğu konvoy ilə irəliləyib o bölgədə yerləşdiyi müəyyən edilib.

Türkiyə Silahlı Qüvvələrinin lazım gələn koordinasiyanı təmin edərək martın 8-də start verdiyi təchizat fəaliyyətlərinə də təcavüz məqsədli atəş edilib.

Başqa birliyin yerləşdiyi bölgənin təqribən 800 metr yaxınlığına da martın 9-də cəmi üç minomyot atılıb.

Qeyd edək ki, prezident Ərdoğan ilə Putin arasında Moskvada martın 5-də keçirilən yığıncaqdan sonra İdlibdə atəşkəs mövzusunda razılıq əldə olunmuşdu.



Әlaqәli Xәbәrlәr