ABŞ "Haşdi Şabi"nin İraqdakı bazasına aviazərbələr endirdi

Amerika Birləşmiş Ştatlarının İraqın qərb ərazilərindəki Ənbar əyalətində yerləşən "Haşdi Şabinin" hərbi bazasına endirdiyi hava hücumları nəticəsində həyatını itirənlərin sayı 25-ə yüksəldi.

1331930
ABŞ "Haşdi Şabi"nin İraqdakı bazasına aviazərbələr endirdi

 

"Haşdi Şabi" Əməliyyatlar İdarəsinin rəhbəri Cavad Rubayavi yaydığı açıqlamada ABŞ-nın hücumları nəticəsində 51 nəfərin də yaralandığını, indiyə qədər 25 nəfərin həyatını itirdiyini, ancaq ölənlərin sayının daha da arata biləcəyinin ehtimal olduğunu bildirib.

İraq Müdafiə Nazirliyindən verilən məlumatda, ABŞ-ın Ketaib Hizbullahın Ənbardakı Əl-Harş və Sellumdakı iki mövqeyinə aviazərbələr endirdiyi ifadə edilərkən, ABŞ Müdafiə Nazirliyi, Ketaib Hizbullaha məxsus üçü İraqda, ikisi Suriyada olmaqla 5 hərbi bazasına hücum təşkil etdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr