Çin, İran və Rusiya birgə hərbi təlim keçirəcəklər

Çin, İran və Rusiya Oman körfəzində birgə hərbi təlimlər keçirəcəklər.

1330077
Çin, İran və Rusiya birgə hərbi təlim keçirəcəklər

Çinin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien, paytaxt Pekində təşkil etdiyi mətbuat konfransında mövzu ilə bağlı məlumat verib. O: “27-30 dekabr tarixlərində üç ölkə Oman körfəzində ortaq təlimlər keçirəcək. Planlaşdırılan hərbi manevr ilə üç ölkənin dəniz donanmaları arasında əməkdaşlığın gücləndirilməsi, dünyada dəniz təhlükəsizliyini birqə qorumaq üçün yaxşı niyyət və qabiliyyət nümayiş etdirmək məqsəd götürülüb”-deyə  vurğulayıb.

Qeyd edək ki, Aden və Fars körfəzlərini birləşdirən Oman körfəzi mühüm neft və qaz nəqliyyatı marşrutu kimi istifadə olunur.

 



Әlaqәli Xәbәrlәr