DEAŞ-ın "Bağdad valisi" elan etdiyi  terrorçu öldürüldü

İraqda terror təşkilatı DEAŞ-ın "Bağdad valisi" elan etdiyi  terrorçu Əbdüssəlam Həməd Hammudun ölkənin qərbindəki Enbar vilayətində öldürüldüyü bildirildi.

1261129
DEAŞ-ın "Bağdad valisi" elan etdiyi  terrorçu öldürüldü


 İraqda hökuməti dəstəkləyən şiə milislərdən ibarət Haşdi Şabi heyətinin verdiyi məlumatda onlara sadiq qüvvələr tərəfindən DEAŞ-ın "Bağdad valisi" olaraq elan etdiyi terrorçu Əbdüssəlam Həməd Hammudun öldürüldüyü bildirildi.
 
 Hammudun özünü partlatmaq cəhdi ərəfəsində müavini və 6 nəfərdən ibarət mühafizəçilərinin ələ keçirildiyi qeyd edilən məlumatda ölənlər arasında Əbdüssəlam Həməd Hammudun olduğunun müəyyən edildiyi deyildi.
 
 Cəsədlərin İraq ordusuna tabe olan Birgə Əməliyyatlar Komandanlığına göndərildiyi, lakin Hammudla bağlı hələ ki, rəsmi bir açıqlamanın verilmədiyi  ifadə edildi.

Məlumatda  ölkənin qərbindəki Enbar vilayətində Haşdi Şabi qüvvələri tərəfindən təşkil olunan əhlükəsizlik əməliyyatı zamanı "Əbu Nur" ləqəbli Hammudun özünü partlatdığı qeyd edildi.
 
Qeyd edək ki, 2017-ci ilin dekabrında ölkənin DEAŞ terrorundan xilas edildiyi açıqlansa da, İraq rəsmilərinə görə, ölkənin şərqindəki Diyala və şimalındakı Səlahəddin və Kərkük vilayətləri arasında mühasirə altındakı təşkilat üzvləri bəzən silahlı basqınlar edirlər.



Әlaqәli Xәbәrlәr