İraqda Haşdi Şabi büroları bağlanacaq

İraqın baş naziri Adil Əbdülmehdi Haşdi Şabi qruplaşmasının adı ilə xidmət göstərən bütün büroların bağladılması təlimatını verdi.

1228565
İraqda Haşdi Şabi büroları bağlanacaq

İraqın baş naziri Adil Əbdülmehdi Haşdi Şabi silahlılarının adı ilə xidmət göstərən bütün büroların bağladılması təlimatını verdi.

İraqın Silahlı Qüvvələr Baş komandanı olaraq Əbdülmehdi Haşdi Şabi ilə əlaqədar bir sıra təlimatın yer aldığı hərbi fərman yayımladı.

Fərmanda İraq ordusunun bir hissəsi olan Haşdi Şabi silahlılarının baş komandanın göstərişi istiqamətində hərəkət etmə öhdəliyi olduğu və həmin qüvvədən isə baş nazirin təyin edəcəyi şəxsin məsul tutulacağı bildirilib.

Əbdülmehdi fərmanda yer alan təlimatların ən gec 31 iyula qədər yerinə yetirilməsini istədikdə, Haşdi Şabi milis qurğusu ilə əlaqədar başqa qərarların da qəbul ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr