Türkmənlərə Mahmur rayonunda hücum təşkil edilib

İraqın Mosul şəhərinin Mahmur rayonunun yaxınlığında Türkmen Haşdi Şabi qüvvəyə hücum təşkil edilib. Terror təşkilatı DEAŞ-ın törətdiyi hücum nəticəsində iki nəfər həyatını itirib, 11-i yaralanıb.

1158599
Türkmənlərə Mahmur rayonunda hücum təşkil edilib

Səlahəddin Rayon Məclisi Təhlükəsizlik Komissiyasının üzvü Əli Hüseyninin məlumatına görə Türkmən qüvvə olan Haşdi Şabiyə hücumdan sonra İraq təhlükəsizlik qüvvələri bölgədə əməliyyat başladılıb.

Türkiyənin Bağdad səfiri Fatih Yıldız, sosial media hesabından yaydığı bəyanatında hücumu pisləyib. Şəhid olan Türkmen Haşdi Şabi mənsubların ailələrinə başsağlığı verib yaralılara təcili şəfa diləyib. Türkiyənin terrora qarşı mübarizədə İraqın yanında olduğunu bildirib.

Türkmən Cəbhəsinin sədri Erşat Salehi də hücumun törədildiyi bölgədə terror təşkilatları PKK və DEAŞ-ın olduğuna diqqət çəkib.

 



Әlaqәli Xәbәrlәr