Kərkükdə təhlükəsizlik birgə qüvvə tərəfindən bərpa ediləcək
Kərkük şəhərinin təhlükəsizliyini ordu, yerli polis və Haşd Şabidən ibarət ortaq qüvvə bərpa edəcək.
Kərkük Əməliyyat Komandiri General-leytenant Saad Harbiye mövzu ilə əlaqəli yaydığı bəyanatda Kərkük üçün yeni bir təhlükəsizlik planı hazırladıqlarını, şəhərdə asayişin ordu və yerli polis ilə yanaşı Haşd Şabinin (Türkmən Qüvvələri) bərpa edəcəyini, planın təcili həyata keçiriləcəyini bildirib. İraq Baş nazirliyi Kürd Regional Hökumətinə mənsub Peşmərgə qüvvələrinin Kərkükə və digər mübahisəli bölgələrə yenidən qayıdacaqlarına dair iddaları daha əvvəl də Bağdad və Ərbil tərəfindən təkzib etmişdi. 5 Yanvarda isə İraq Baş nazirliyinə mənsub Xüsusi qüvvələr komandirliyi təhlükəsizliyi bərpa etməyə başlamışdı.
Qeyd edək ki, Kərkükdəki peşmərgələr 16 oktyabr 2017-də şəhərdən çıxarılmışdılar.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir