Husilər Hudeydedən çıxmağa razı oldular

İsveçdə keçirilən Yəmən danışııqlarında iştirak edən Husi heyəti tərəflərin Hudeydedən çəkilməsini qəbul etdi.

1106088
Husilər Hudeydedən çıxmağa razı oldular

İsveçdə keçirilən Yəmən danışııqlarında iştirak edən Husi heyəti tərəflərin Hudeydedən çəkilməsini qəbul etdi.

Husi heyətinin üzvü Camal Əmir: "Birləşmiş Millətlər Təşkilatının nəzarətində bütün tərəflərin Hudeyde şəhərindən çıxarılmasını, təcili və genişmiqyaslı bir atəşkəs elan edilməsini təsdiq etdik" dedi.
 
 Əmir Husi heyətinin BMT-nin Hudeyde və digər limanlarına nəzarət etməsini də qəbul etdiyini bildirdi.
 
Camal Əmir Şəhərin inzibati vəziyyətinin 2014-ci ilin sentyab ayındakı vəziyyətə qayıtmasına dair müqavilədə bir şey olmadığını söylədi.
 
 Taiz şəhərindəki blokadanın qaldırılması məsələsinin yəqin ki, gələcək məsləhətləşmələrə qaldığını dilə gətirən Əmir: "Bizim nümayəndə heyətimizin müqaviləyə razılıq verməsinə baxmayaraq, Ər-Riyad nümayəndə heyəti (Yəmən hökuməti) bunu qəbul etmədi" dedi.
 
Əmir sözlərinə belə davam etdi: "Genişmiqyaslı atəşkəs, keçid məntəqələrinin açılması və sakitlik addımlarının atılması məsələsində biz razılaşdıq. Lakin digər tərəf keçid məntəqələrinin açılması və minaların sökülməsi məsələsində israr edir. Genişmiqyaslı atəşkəs məsələsini qəbul etmədi. İki tərəf arasında hava limanının açılması və Aviasiya Baş İdarəsinin yenidən fəaliyyət göstərməsi məsələsində prinsipial olaraq müqavilə başa çatdı. Buna görə, bütün Yəmən hava limanları BMT-nin texniki nəzarətinə veriləcək".
 
 Camal Əmir BMT-nin təqdim etdiyi bütün müqavilələrin hökumət tərəfindən rədd edildiyini, beynəlxalq ictimaiyyət və BMT-nin Yəmən üzrə  xüsusi nümayəndəsi Martin Griffithsin Yəmən hökumətinə müqaviləni təsdiq etməsi üçün təzyiqə davam etdiklərini söylədi.
 
 BMT İsveçdəki yəmənli tərəflərə siyasi çərçivə, Hudeyde, Taiz, Mərkəz Bankı və Sana hava limanı olmaqla, beş əsas problemi həll etmək üçün müqavilə layihələri təqdim etmişdi.
 
 Dünənki görüşlərdə tərəflər 16 min əsirə aid siyahıları qarşılıqlı şəkildə təslim etdilər.
 
 Qarşılıqlı əsir mübadiləsi əməliyyatının Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə yanvarın 20-də həyata keçirilməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr