Səudiyyə Ərəbistanı İranın bu hərəkətini "açıq və birbaşa hərbi təcavüz" adlandırıb

“İranın düşmənçilik hərəkətlərinə uyğun zaman və şəkildə qarşılıq vermə haqqımızı gizli saxlayırıq", A.Cubeyir

842085
Səudiyyə Ərəbistanı İranın bu hərəkətini "açıq və birbaşa hərbi təcavüz" adlandırıb

  Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr ölkəsinin milli təhlükəsizliyinə yönəlik heç bir fürsətə imkan verməyəcəklərini ifadə edərək deyib: “İranın düşmənçilik hərəkətlərinə uyğun zaman və şəkildə qarşılıq vermə haqqımızı gizli saxlayırıq", - deyib.  

  A.Cubeyr “Twitter” hesabından verdiyi açıqlamada bildirib: "İran terroru günahsızları qorxutmağa, uşaqları qətlə yetirməyə, beynəlxalq qanunları pozmağa davam edir. Hər gün Husi milisləri Yəməni vuran bir terror vasitəsi olub. İranın bölgəyə müdaxilə edir, qonşu ölkələrin təhlükəsizliyinə zərər verir, beynəlxalq sülh və təhlükəsizliyə təsir edir. Biz milli təhlükəsizliyimizin pozulmasına icazə vermərik. İranın düşmənçilik hərəkətlərinə uyğun bir zaman və şəkildə qarşılıq vermə haqqını gizli saxlayırıq".

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri İranın Husilərə Səudiyyə Ərəbistanı hədəf alan balistik raketlər verməsini "müharibə hərəkatı" və "açıq və birbaşa hərbi təcavüz" adlandırıb.

  Yəməndən Səudiyyə Ərəbistanının paytaxtı Riyadın şimal-şərqinə noyabrın 4-ündə atılan balistik raketlər hava müdafiə sistemlərini təsirsiz hala gətirmişdi.



Әlaqәli Xәbәrlәr