Türkmənistan ilə Rusiya arasında əməkdaşlıq möhkəmləşdirilir

Türkmənistan ilə Moskva rəhbərliyi, terror və narkotik maddə qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq etməkdə davam edəcək. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov deyib.

818994
Türkmənistan ilə Rusiya arasında əməkdaşlıq möhkəmləşdirilir

Türkmənistan dövlət başçısı Berdimuhamedov, Rusiya prezidenti Vladimir Putin ilə bir araya gəldikdən sonra verdiyi açıqlamada: “Ölkələrimiz terrorizmə və narkotik qaçaqmalçılığı kimi qlobal problemlərə qarşı mübarizədə güçlü əməkdaşlıq etməkdə davam edəcək. Əməkdaşlıq ikitərəfli formatda olduğu kimi beynəlxalq təşkilatlar tərkibində də ediləcək”.

Türkmənistan prezidentinin sözlərinə görə, iki ölkə Xəzər dənizindəki əməkdaşlıq ilə əlaqəli çoxtərəfli razılaşmaların imzalanmasını dəstəkləyib

Türkmənistanda nəhəng Rus şirkətlərinin fəaliyyətlərinin artmasını da yüksək qiymətləndirdiyini ifadə edən Berdimuhamedov, ölkəsi ilə Rusiya federasiyasının Əfqanıstanda problemlərin siyasi və diplomatik yollarla həllini istədiklərini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin də Moskva ilə Aşqabad arasındakı əməkdaşlığın möhkəmlənməsində həmkarı Berdimuhamedovun səylərinin təsirli olduğıunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr