Yǝmǝndǝ  sülh  danışıqları davam edir

Yəmən müzakirələrinə qatılan Husi heyət, keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə birgǝ  yaratdıqları Yüksək Siyasi Şuranın rǝsmiyyǝtǝ tanınması üçün  danışıqların  İraq, Livan və İranı əhatə edən  mǝrhǝlǝsinǝ  başlayıb.

560992
Yǝmǝndǝ  sülh  danışıqları davam edir

Husi heyətin  başçısı Məhəmməd Abdussǝlam  sosial  media üzǝrindǝn  verdiyi   açıqlamada  İraqın paytaxtı Bağdada çatdıqlarını, bunun “rəsmi  sǝfǝr” olduğunu qeyd edib.

Saleh tərəfdarları  isǝ   ziyarǝtin  plansız  olduğunu   özlǝrinin  heyǝtdǝ  iştirak  etmǝdiklǝrini  bildiriblǝr. 

Yəməndə Husilər ilə sabiq prezident Salehin liderliyindǝki Ümumi Xalq Konqresi  partiyası 28 İyulda dövlət işlərinin idarəsi üçün Yüksək Siyasi Şura yaradıldığını   açıqlamışdı. 

Beynəlxalq ictimaiyyǝtin   rǝsmiyyǝtdǝ   tanımadığı şura,   Saleh tərəfdarları  vǝ  Husi  mǝnsubu  olmaqla 10   üzvdǝn  tǝşkil  tapıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən  üzrǝ   xüsusi nümayəndəsi İsmayıl Vild Şeyx Əhmədin, Saleh və Husilərin heyətində iştirak edən   üzvlǝr  ilǝ ABŞ  dövlǝt  katibi John Kerryinin Yəmən böhranıilǝ  bağlı  tǝklif  etdiyi  yol xəritəsi  müzakirǝlǝrinǝ  hazırlıq  çǝrçivǝsindǝ  bir  araya  gǝlmǝsi nǝzǝrdǝ  tutulub.

 



Әlaqәli Xәbәrlәr