Qarşıdurmalarda 18 Husi vǝ 12 ǝsgǝr hǝyatını itirib

Yəməndə Xalq Müqavimət Qüvvǝlǝr ilǝ Husi tǝrǝfdaşları arasında qarşıdurmalar aramsız davam edir.

556452
Qarşıdurmalarda 18 Husi vǝ 12 ǝsgǝr hǝyatını itirib

Taiz şəhərində, hökumət tərəfdarı Xalq Müqavimət Qüvvǝlǝilə Husilər arasında baş verǝn qarşıdurmalarda 18 Husi və 12 əsgər hiyatını itirib. 15-i dinç sakin olmaqla 26 nǝfǝr yaralanıb.

Yəmənin Taiz şəhərindəki hökumət tərəfdarı Xalq Müqavimət Qüvvǝlǝrinin mətbuat xidmǝtindǝn verilǝn açıqlamada, “Husilər, hökumət tərəfdaşı qüvvǝlǝr tǝrǝfindǝn ələ keçirilǝn _yerləri hǝdǝf götürürlǝr” deyilib.

Digər tərəfdən Səudiyyə Ərəbistanınin liderliyindəki koalisiya qüvvǝlǝrin, Husilər ilə keçmiş prezident Əli Abdullah Salehǝ mǝnsub qüvvǝlǝrǝ mǝxsus Əl-Hudeydǝki hərbi mövqelərinǝ hücumları intensivlǝşib. Həyata keçirilən 4 avia hücum nǝticǝsindǝ bir hərbi hava limanı, hava müdafiə qərargahı vǝ mərkəzi təhlükəsizlik qərargahı bombalanıb.



Әlaqәli Xәbәrlәr