İ.Əliyev və H.Ruhani sənədləri imzaladılar

Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev sabah Bakıda keçiriləcək Sammitdə bir araya gələcək

546766
İ.Əliyev və H.Ruhani sənədləri imzaladılar

  İlk dəfə keçiriləcək üçtərəfli sammitdə liderlər enerji və nəqliyyat layihələrini, iqtisadi əlaqələri, təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə edəcək.

  Liderlər həmçinin bu il Astanada keçirilməsi planlaşdırılan beşli toplantı ərəfəsində Xəzərin statusu və barəsində razılıq əldə edilməyən məsələlər müzakirə olunacaq.

  Azərbaycana rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimindən sonra iki ölkə başçısının təkbətək görüşü keçilirib. Sonra Azərbaycan və İran respublikalarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Bundan sonra İ.Əliyev və H.Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanma mərasimi keçirilib.



Әlaqәli Xәbәrlәr