Azǝrbaycan-Ermǝnistan qoşunlarının tǝmas xǝttindǝki ǝmǝliyyatları dayandırılıb

Azǝrbaycan Müdafiǝ Nazirliyi aprelin 5-dǝ yerli vaxtla saat 12.00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırıldığını açıqlayıb.

465179

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azǝrbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini davam etdirir.

Qondarma Qarabağ Müdafiǝ Nazirliyi davam edǝn toqquşmalarda atǝşkǝs qǝrarı verildiyini açıqlamış, Azǝrbaycan Xarici İşlǝr Nazirliyi bu baradǝ mǝlumat olmadığını açıqlamışdı.

Qeyd edə​k ki, aprelin 4-də axşam saatlarında Ermə​nistanın müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilmişdi. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalmış, 20-dək hərbi texnikası tam sıradan çıxarılmışdı.

Açıqlamada Azə​rbaycan ordusunun son iki gündə​ 16 şə​hid verdiyi də​ qeyd edilib.

Bu arada APA-nın xǝbǝrinǝ görǝ ermǝni hǝrbi birlǝşmǝlǝri cǝbhǝ xǝttindǝ yaşayış mǝntǝqǝlǝrinǝ uzun mǝnzilli toplarla hücumlarını bugün dǝ davam etdirib.

Ermǝni qüvvǝlǝrin atǝş etmǝsi nǝticǝsindǝ Tǝrtǝrin Hǝsǝnqaya kǝndindǝ bir evǝ atılan mǝrminin partlaması nǝticǝsindǝ bir Azǝrbaycanlı vǝfat edib.

Әlaqәli Xәbәrlәr