Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq heyət artıq Azərbaycandadır

Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

1574033
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq heyət artıq Azərbaycandadır
aa_picture_20210130_23625952.jpg

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə Bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri artıq Azərbaycandadır.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Vaqif Dərgahlı bildirib ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq Azərbaycandadır.

Bu arada, Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

Açılışda Azərbaycan Müdafiə naziri Zakir Həsənov, Türkiyə Müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Zakir Həsənov, Yunus Əmrə Qaraosmanoğlu və Aleksandr Fomin əvvəlcə Mərkəzin önündəki rəmzi qırmızı lenti kəsiblər.

Milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxış edərək deyib ki, bu gün burada Mərkəzin açılması da daxil olmaqla, bölgədə sülhdən bəhs edə biliriksə, bu, üç liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin səyləri və ortaya qoyduqları iradə nəticəsində mümkün olub. Son illər qlobal və regional səviyyədə baş verən hadisələr Rusiya ilə həm ikitərəfli əməkdaşlığın, həm də regional məsələlərdə dialoqun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərmiş oldu. Bunun ən bariz nümunəsi Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin atdığı addımlardır. Bizim həm ikitərəfli qaydada, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə həmrəyliyimiz Qafqazda sülh, sabitlik və inkişaf üçün çox qiymətlidir. Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlər gələcək birgə məqsədlərə çatmaq üçün möhkəm və əlverişli əsaslara malikdir. Bu çərçivədə bu Mərkəz ilk baxışda görünəndən daha vacib əhəmiyyət və məna kəsb edir. Mərkəzin qısa zamanda qurulmasından və açılmasından məmnunuq. Ortaq Mərkəz vasitəsilə atəşkəsə riayət edilməsini təşkil edərək sabitliyin təmin olunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Qarşıdakı prosesdə bu işbirliyi iradəsinin davam etməsini faydalı hesab edirik. Türk və rus əsgərləri birlikdə çalışaraq bölgədə sülh və sabitliyi təmin edəcək.

Qaraosmanoğlu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərini də açıqlayıb: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminə və bütün atışmaların dayandırılmasına nəzarətin təmin edilməsi, razılaşmanın pozulmasına dair bütün hərəkətlərlə bağlı informasiyaların toplanması, toplanmış məlumatların araşdırılaraq atəşkəsin pozulması hallarının qeydiyyata alınması, tərəflərin razılaşmaya əməl etməməsinə dair digər şikayət və problemlərin araşdırılması, habelə atəşkəsin pozulmasının qarşısının alınması üçün tədbirlər görülməsi istiqamətində fəaliyyət göstərəcək”.

Nazir müavini Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlığın qarışlıqlı etimadın, dostluq münasibətlərinin daha da güclənəcəyinə və Azərbaycanla Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin yaranacağına töhfə verəcəyinə də inandıqlarını bildirib.

“Türkiyə olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildirir, bu mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu mərhələnin problemsiz şəkildə tamamlanacağına ümid edirəm”, - deyə nazir müavini qeyd edib.



Әlaqәli Xәbәrlәr