NATO sammitinin müzakirə mövzuları və Türkiyə

NATO Xarici İşlər Nazirləri 2024-cü ilin ilk toplantısı üçün aprelin 3-də Belçikanın paytaxtı Brüsseldə toplaşdı

2124459
NATO sammitinin müzakirə mövzuları və Türkiyə

 

   NATO Xarici İşlər Nazirləri 2024-cü ilin ilk toplantısı üçün aprelin 3-də Belçikanın paytaxtı Brüsseldə toplaşdı. 2 gün sürən iclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

  Yığıncağın gündəliyinə ümumi çəkindirmə məsələləri, terrorizmlə mübarizə və Ukraynada baş verən proseslər daxildir.

  İsveç və Finlandiyanın üzvlükdən sonra alyansın son vəziyyəti və Vaşinqton Zirvəsinə hazırlıq da gündəlikdə duran məsələlərdəndir.

  NATO-nun baş katibi Yens Stoltenberq ilin ilk Xarici İşlər Nazirləri Toplantısının açılışında çıxış edərək deyib: “Bu, həm də İsveçin üzv kimi iştirak etdiyi ilk iclasdır.

  Əsas gündəliyimiz iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlıqlarla bağlıdır.

  Bu sammit müdafiə şərtlərini gücləndirmək və ədalətli yük bölgüsünü təmin etmək istiqamətində işimizi daha da artıracaq.

  Ukraynaya dəstəyimizi gücləndirməli, Avropa İttifaqı və Asiya-Sakit Okean regionunda tərəfdaşlarımızla əməkdaşlığımızı dərinləşdirməliyik.

  NATO-nun cənubunda - Yaxın Şərqdə qeyri-sabitliyin necə həll olunacağını da müzakirə edəcəyik”.

  İclasda türkiyəli nazir Hakan Fidan NATO-nun terrora qarşı birgə mübarizə aparmaq lazım gəldiyini, bunun alyansın vəzifələrindən biri olduğunu bəyan edəcək və bəzi NATO üzvlərinin separatçı terror təşkilatı PKK, YPG ilə tərəfdaşlıq münasibətlərinə girməsinin qəbuledilməz olduğunu bir daha vurğulayacaq.

  H.Fidan həmçinin müdafiə sənayesi sahəsində müttəfiqlərin bir-birinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq etməsinin ittifaqın ruhuna zidd olduğunu söyləyəcək və Türkiyənin Avropanın müdafiə və təhlükəsizliyini necə effektiv şəkildə təmin ediləcəyi ilə bağlı fikirlərini çatdıracaq.

  Türkiyənin xarici işlər naziri Brüssel tədbirində britaniyalı həmkarı Devid Kameron ilə görüşüb, Qəzza, Ukrayna və müdafiə sənayesində əməkdaşlıq kimi mövzuları müzakirə edib. Nazirlər Qəzzaya humanitar yardımın çatdırılması üçün atıla biləcək addımlara toxunub və davam edən danışıqlarda əldə olunan məqamı dəyərləndiriblər. Hakan Fidan Türkiyənin Fələstin dövlətini tanımasının vacibliyi ilə bağlı fikirlərini britaniyalı həmkarına çatdırıb.

  Ukraynadakı müharibə ilə bağlı son prosesləri və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edən nazirlər Avropa İttifaqında (Aİ) üzv olmayan iki müttəfiq kimi NATO gündəliyindəki mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

  Türkiyənin xarici işlər naziri Almaniya, Bolqarıstan və finlandiyalı həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr