Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə edilib

Qazaxıstan və Türkiye nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

2116973
Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə dair əməkdaşlıq məsələləri müzakirə edilib

Qazaxıstan və Türkiye nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, nazir Çingiz Arinov paytaxt Astanada Türkiye milli müdafiə nazirinin müavini Bilal Durdalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dənizdə təhlükəsizliyin təmin edilməsi, fövqəladə hallara müdaxilə etmək üçün gəmilərin və ehtiyatların mühafizəsi üzrə əməkdaşlıq qiymətləndirilib.

Türkiyenin mühüm və etibarlı tərəfdaş olduğunu bildirən Arinov gəmiqayırma sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm addım ola biləcəyini bildirib.

Arinov qeyd edib ki, onlar Xəzər dənizinin Qazaxıstan tərəfindəki hissələrində fövqəladə hallara dərhal cavab verə biləcək “peşəkar təcili xilasetmə xidməti” yaratmağı nəzərdən keçirirlər.

Nazir Arinov onu da bildirib ki, bu işlərlə dənizdə və quruda müxtəlif əməliyyatlar, məsələn, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, neft sızmalarına, gəmi qəzaları və yanğınların aradan qaldırılması, xilasetmə işləri dərhal həyata keçirilə bilər.

Türkiye tərəfinin sözügedən xidmətin vəzifələrinə uyğun müasir texnologiyalarının təqdim olunduğu görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.



Әlaqәli Xәbәrlәr