"Beynəlxalq sistemin dağıldığını görürük", B. Yıldırım

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxış edib.

2115587
"Beynəlxalq sistemin dağıldığını görürük", B. Yıldırım

"Türkiye gərginliklərin yaşandığı ərazilərə yaxındır"

Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

"Türkiye terror təşkilatları ilə üzləşir və onların sayı gündən-günə artır. Ölkələr arasında baş verə hadisələr fonunda beynəlxalq sistemin dağıldığını görürük. BMT Təhlükəsiz Şurasının fəaliyyəti iflic vəziyyətdədir. Dünya səhiyyə sisteminin inkişafı, iqtisadi əməkdaşlıq detallı işlənməli və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmalıdır", - deyə o bildirib.

Binali Yıldırım artan qlobal və regional çağırışların və bu çağırışlara adekvat cavab verə bilməyən beynəlxalq sistemin dağınıq və nizamsız görünməsinin bütün dünyada parçalanmış bir imicinin formalaşmasına səbəb olduğunu bildirib.

B.Yıldırım Rusiya-Ukrayna Müharibəsi ilə əlaqədar olaraq, "Bu müharibə bölgəmizdə və onun hüdudlarından kənarda getdikcə daha çox insan və maddi ziyana səbəb olur. Sülhü təmin etmək üçün tərəfləri bir araya gətirmək üçün təcili yollar axtarmağa ehtiyac var. Türkiye məsələnin sülh yolu ilə həlli üçün səy göstərir" deyib. 

"Azərbaycan və Ermənistan arasında olan problemlərə də toxunaraq, "Cənubi Qafqazın layiq olduğu sülh, təhlükəsizlik və rifahı əldə etməsi üçün bölgədəki bütün ölkələr quruculuq və nəticəyə yönəlmiş işlər görməlidir. Qarabağ işğaldan azad edildi. İndi biz regionda sülhə yaxınıq”, -deyə B. Yıldırım qeyd edib.
Binəli Yıldırım İsrailin Qəzzaya hücumları ilə bağlı olaraq isə deyib ki, Qəzzada baş verənlər mövcud beynəlxalq nizamın əxlaqi və vicdanla parçalandığını təəccüblü şəkildə ortaya qoyur. Beynəlxalq ictimaiyyət bu soyqırıma və etnik təmizləməyə son qoymalıdır. Bunun qarşısı alınmazsa, bəşəriyyət sona çatacaq.

B.Yıldırım beynəlxalq sistemin mövcud parçalanmış görünüşünə çarə tapıla bilmədiyini və çoxqütblü quruluşunun dünyanın parçalanmasını daha da dərinləşdirdiyini bildirib.

Regional əməkdaşlığın hər zamankindən daha aktual ehtiyaca çevrildiyini vurğulayan Yıldırım buna misal olaraq Türkiye və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “3+3 Regional Əməkdaşlıq Platforması” və TDT-ni göstərib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.



Әlaqәli Xәbәrlәr