Türkiye Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə dəstəyini bildirdi

Türkiye Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) adada yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh missiyasının mandatının uzadılması ilə bağlı reaksiyasına dəstək verib.

2095475
Türkiye Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə dəstəyini bildirdi

Türkiye Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) adada yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh missiyasının mandatının uzadılması ilə bağlı reaksiyasına dəstək verib.
Türkiye Xarici İşlər Nazirliyi mövzu ilə bağlı verdiyi yazılı açıqlamada "BMT-nin mövcud təcrübələrinin əksinə olaraq, sülh missiyasının mandatı uzadılarkən bu dəfə də Kıbrıs Türk tərəfinin razılığına müraciət edilmədi" deyilib.

Açıqlamada sülh missiyasının Şimali Kıbrıs Türk Cümhuriyyəti rəsmilərinin xoş niyyəti çərçivəsində fəaliyyətini davam etdirə bildiyi vurğulanıb və bu fəaliyyətlərin davam etdirilməsi üçün hüquqi zəminə ehtiyac olduğu və ŞKTC tərəfindən bu istiqamətdə atılacaq addımlara Türkiyenin dəstəyinin tam olduğu qeyd edilib.

BMT-nin sülh missiyasının “Kıbrısda ədalətli, daimi və davamlı həllin yalnız sahədəki faktlar əsasında əldə oluna biləcəyi faktını qəbul etməyə və Kıbrıs Türk xalqının təbii hüquqları olan suveren bərabərliyini  və bərabər beynəlxalq statusunu təsdiq etməyə çağrıldığı” açıqlamada "Şimali Kıbrıs Türk Cümhuriyyətinin tanınması ilə bağlı çağırışımızı BMT TŞ və beynəlxalq ictimaiyyət qarşısında bir daha təkrar edirik” ifadəsi işlədilib.

Qeyd edək ki, ŞKTC Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Kıbrısdakı BMT sülh missiyasının mandatını daha bir il uzatma qərarına belə cavab verib: “Təhlükəsizlik Şurası bizim razılığımız olmadan sülh madatını 31 yanvar 2025-ci ilə qədər uzatmaqla səhvini bir daha təkrarladı" .

Açıqlamada UNBG-nin Kıbrısdakı mövcudluğunun 60-cı ilinə çatdığı və UNBG-nin adada hər iki tərəfə bərabər davranmaq və mübahisələrə ədalətli həll yolları tapmaq kimi əsas vəzifələrini yerinə yetirmədiyi və bütün tərəflərin “davamsız” hesab edilən status-kvonun keşikçisinə çevrildiyi bildirilib.

"Kıbrıs türk tərəfinin iradəsini və varlığını göz ardı edən bu yanaşmanı rədd edirik. Kıbrısın şimalındakı suverenlik, Kıbrıs Türk xalqına və onun dövləti olan Şimali Kıbrıs Türk Cümhuriyyətinə məxsusdur. Sülh missiyasının ölkəmizdəki fəaliyyətini  qanuni əsaslar zəminində göstərməsi vacibdir" deyilib.



Әlaqәli Xәbәrlәr