“Regionda yeni münaqişə baş verərsə, Fransa məsuliyyət daşıyacaq”, İ.Əliyev

Azərbaycan Prezident Administrasiyasından verilən məlumata görə, İ.Əliyev Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefonda danışıb

2047776
“Regionda yeni münaqişə baş verərsə, Fransa məsuliyyət daşıyacaq”, İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev Fransanın Ermənistana silah verməsinin sülhə deyil, yeni münaqişəyə xidmət edən yanaşma olduğunu bəyan edib və regionda yeni münaqişə baş verərsə, Fransanın məsuliyyət daşıyacağını bəyan edib.

  Azərbaycan Prezident Administrasiyasından verilən məlumata görə, İ.Əliyev Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefonda danışıb.

  Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Aİ, Fransa, Almaniya və Ermənistan başçılarının görüşündən sonra yayımlanan birgə bəyannamədə ölkəsinin adının qeyd olunmasını düzgün yanaşma hesab etməyən Azərbaycan prezidenti deyib: “Azərbaycan Fransanın məlum münasibətinə və Türkiyənin bu görüşdə iştirak etmək istəyini rədd etdiyinə görə Qranadada keçirilən görüşə qatılmadı.

  Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni münaqişəyə xidmət edən bir hərəkətdir. Əgər regionda yeni münaqişə baş verərsə, Fransa buna görə məsuliyyət daşıyacaq.

  Avropa Parlamenti Azərbaycana qarşı “ksenofobik” (əcnəbilərə qarşı duyulan, xəstəlik halına gətirilə bilən düşmənlik və qorxu) və “şovinist” bir bəyannamə qəbul etdi. Orada səslənən fikirləri qəbuledilməzdir. Bu bəyannamə regionun sülh və sabitliyinə xidmət etmir.

  Azərbaycan beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə suverenliyini tam bərqərar edib, ərazisindəki qanunsuz hərbi birləşmələri zərərsizləşdirib.

  Hökumətimiz Qarabağın erməni sakinlərinə humanitar yardım göstərir və qeydiyyat prosesinə başlanılıb. Erməniləri bölgəni tərk və oradan köç etməyə məcbur edən qondarma rejimdir.

  Qazax rayonunun 7, Naxçıvanın 1 kəndi olmaqla Azərbaycanın 8 ərazisi hələ də Ermənistanın işğalı altındadır. Bu kəndlər də işğaldan azad olunmalıdır”.



Әlaqәli Xәbәrlәr