Bakıda Türkiye, Azərbaycan və Gürcüstan hərbçilərinin “Eternity-2023” qərargah təlimi keçirilir

Təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

2045581
Bakıda Türkiye, Azərbaycan və Gürcüstan hərbçilərinin “Eternity-2023” qərargah təlimi keçirilir

Azərbaycanın paytaxtı Bakıda Türkiye, Azərbaycan və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” bilgisayar dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.



Әlaqәli Xәbәrlәr