Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

2040797
Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Ordusu konstitusiya quruluşunun yaradılması məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başlayıb.

Qarabağda qanunsuz erməni silahlı birləşmələri 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.

Digər tərəfdən, Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Qarabağ bölgəsində antiterror əməliyyatı həyata keçirən Azərbaycan əsgərləri qanunsuz Ermənistan silahlı qüvvələrinin maşını ilə səhv salaraq atəşə tutduğu maşında olan 5 Rusiya əsgəri həlak olub, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində də 1 rus əsgəri həyatını itirib.

Açıqlamada qeyd olunub ki, hər iki faktla bağlı araşdırma başladılıb, Azərbaycan və Rusiyanın baş prokurorları istintaqın hərtərəfli və intensiv şəkildə aparılması üçün telefon danışığı barədə razılığa gəliblər.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında təqsirkarların lazımi cəzanı alacağını, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr