“Dost Aqropark”ın birinci mərhələsinin açılışı olub

Dövlət başçıları Zəngilanda “Dost Aqropark”ın birinci mərhələsinin açılışında iştirak ediblər.

1895565
“Dost Aqropark”ın birinci mərhələsinin açılışı olub
Erdogan-Park-2

Azərbaycanda rəsmi səfərdə olan Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçılarına kompleks barədə məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

İki dövlət başçısı növbə ilə tədbirdə çıxış ediblər.

Sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.

Bundan sonra, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiye Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.

İki lider mərasimdə iştirak ediblər.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verdi.

Sonra dövlət başçıları ərazidə ağac əkiblər, əraziyə ceyranlar buraxıblar.



Әlaqәli Xәbәrlәr