Mövlud Çavuşoğlu: "Biz beynəlxalq platformalarda da əməkdaşlıq edirik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən birinci üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib.

1848622
Mövlud Çavuşoğlu: "Biz beynəlxalq platformalarda da əməkdaşlıq edirik"

“Bu gün Azərbaycan-Türkiyə-Qazaxıstan arasında çox tarixi görüş baş tutdu”.

Bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bugünkü iclas çox uğurlu şəkildə keçib: “Azərbaycan Ordusunu Silahlı Qüvvələr günü münasibətilə də təbrik edirəm. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü göstərdi”.

Nazir eyni zamanda, Azərbaycan-Türkiyə-Qazaxıstan arasında əlaqələrdən də bəhs edib: “Türk Dövlətləri Təşkilatı rəhbərliyi altında biz beynəlxalq platformalarda da əməkdaşlıq edirik. Qardaşlarımla çox tez-tez görüşürük. Potensialımızı artırmalıyıq. TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr regionumuzda dəyişikliklərə səbəb olub. Biz bunları can Azərbaycanla birgə həyata keçirmişik. İndi Orta dəhlizin inkişafına ehtiyac var. Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir. İnfrastruktur və kommunikasiya əlaqələrini inkişaf etdirməliyik”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi səbəbiylə taxıl yüklü tankerlərin limanları tərk edə bilməməsi ilə bağlı isə deyib ki, . Birləşmiş Millətlər Təşkilatı ilə problemi həll etmək üçün böyük səylər göstəririk. Bu böhranda dayanıqlı və təhlükəsiz nəqliyyat xətlərinin nə qədər əhəmiyyətli olduğunu bir daha gördük.

Bu arada, Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısının nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb.

İmzalanan sənəd nəqliyyat və kommunikasiya sahələrini ehtiva edir.



Әlaqәli Xәbәrlәr